Abşeron və Ağdaş idmançıları Milli Gimnastika Arenasında hazırlığa başlayıb - FOTO

Xəbərlər
23 Dekabr 2023 16:26
256
Abşeron və Ağdaş idmançıları Milli Gimnastika Arenasında hazırlığa başlayıb - FOTO

Abşeron və Ağdaş Olimpiya İdman Komplekslərinin bədii gimnastika bölməsinin üzvləri Milli Gimnastika Arenasında təlim-məşq toplanışına start verib.

İdman.biz xəbər verir ki, hazırlıqda əsas məqsəd regionlarda gimnastikanın inkişaf etdirilməsi, idmançıların hazırlığının gücləndirilməsidir.

Məşqlərə 2011-2018-ci il təvəllüdlü gimnastlar qatılıb.

Abşeron və Ağdaş Olimpiya İdman Kompleksinin bədii gimnastika üzrə məşqçisi Aygül Babaşova bildirib ki, Milli Gimnastika Arenasında 19 gimnast ilə təlim-məşq toplanışlarına qatılıblar: "Məqsədimiz yerli yarışlara və beynəlxaq turnirlərə planlı şəkildə hazırlaşmaqdır. Bu cür məşqlər təkcə gimnastlar üçün deyil, məşqçilərə də müsbət təsir göstərir".

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: