Gənclər arasında bədii gimnastika üzrə Braziliya çempionu İzabel Martsinyak 18 yaşında vəfat edib.
İdman.Biz bildirir ki, bu barədə Parana ştatı Gimnastika Federasiyasının açıqlamasında deyilir.
Onun ölüm səbəbi Hoçkin limfoması olub.
“Parana Dövlət Gimnastika Federasiyası İzabel Martsinyakın ölüm xəbərini dərin kədərlə bəyan edir. Onun ailəsinə, dostlarına, komanda yoldaşlarına və bütün gimnastika ictimaiyyətinə başsağlığı veririk. Qoy onun hekayəsi, idmana olan ehtirası və xatirəsi yaşamağa və hər kəsə ilham verməyə davam etsin”, - Federasiyanın məlumatında deyilir.
İzabel Martsinyak 2021-ci ildə Braziliyanın bədii gimnastika mütləq çempionu olub. O, 2023-cü ildə müalicə almaq üçün yarışlardan fasilə verib.
