Tamblinq üzrə Azərbaycan millisinin üzvü Tofiq Əliyev Çində keçiriləcək dünya çempionatı öncəsi ilk podium məşqini başa vurub.
İdman.Biz xəbər verir ki, gimnast bu barədə sosial şəbəkə hesabında məşqdən video paylaşaraq məlumat verib.
“Çində ilk podium məşqimizi uğurla başa vurduq. Sabah isə son məşqimizə çıxacağıq. Komandama güvənirəm”, - deyə o bildirib.
Xatırladaq ki, batut və tamblinq üzrə dünya çempionatı noyabrın 4-dən 8-dək Çinin Nankin şəhərində keçiriləcək. Yarışda 34 ölkədən 360-dan çox idmançı mübarizə aparacaq.
