Bakıda 2027-ci il martın 11-14-də idman gimnastikası üzrə alətlər üzrə Dünya Kuboku mərhələsi keçiriləcək.
İdman.Biz xəbər verir ki, yarış Dünya Gimnastikasının 2027-ci il üçün təsdiqlənmiş beynəlxalq təqviminə daxil edilib.
Milli Gimnastika Arenasında təşkil olunacaq yarışda kişi və qadın gimnastlar müxtəlif alətlər üzrə mübarizə aparacaqlar.
Bakı mərhələsi fevralın 25-28-də Almaniyanın Kotbus şəhərində keçiriləcək Dünya Kuboku yarışından sonra təşkil olunacaq.
