Gimnastlarımızdan daha 3 medal

Xəbərlər
18 Dekabr 2023 10:40
103
Gimnastlarımızdan daha 3 medal

Özbəkistanın paytaxtı Daşkənddə batut gimnastikası üzrə beynəlxalq turnir başa çatıb.

İdman.biz xəbər verir ki, Azərbaycan gimnastları bu yarışda daha üç medal qazanıblar.

Fərdi proqramda milli üzvlərindən Selcan Mahsudova və Nicat Mirzəyev qızıl, Əli Niftəliyev gümüş medala sahib olub.

Qeyd edək ki, komandamız Daşkənddə daha öncə 8 mükafata yiyələnib.

İdman.biz

Məqalədə: