Azərbaycan gimnastlarının dünya çempionatında final çıxışı - FOTO

Xəbərlər
28 Avqust 2023 15:22
207
Azərbaycan gimnastlarının dünya çempionatında final çıxışı - FOTO

Valensiyada (İspaniya) bədii gimnastika üzrə 40-cı dünya çempionatı başa çatıb.

İdman.biz-in məlumatına görə, yarışın final günündə qrup hərəkətləri üzrə komandalar arasında fərdi yarışlarda final mərhələsi keçirilib.

Azərbaycan millisi finalda üç lent və iki topla çıxış edərək, beşinci yeri tutub. Ləman Əlimuradova, Zeynəb Gümmətova, Güllü Ağalarzadə, Elizaveta Luzan və Kamilla Əliyevadan ibarət qrup 30,300 xal qazanaraq Yaponiya, Bolqarıstan və Meksikanı qabaqlayıb.

Xatırladaq ki, Dünya Kubokunun nəticələrinə əsasən, Zöhrə Ağamirova fərdi yarışda olimpiya lisenziyasını qazanıb, çoxnövçülükdə 12-ci olub və adını mütləq birinciliyin finalına yazdırıb.

Nicat Zəkiyev

İdman.biz