Gəncə yenidən aerobika gimnastikası üzrə Avropa çempionatına ev sahibliyi edir - FOTO

Xəbərlər
15 Noyabr 2025 10:28
51
Gəncə yenidən aerobika gimnastikası üzrə Avropa çempionatına ev sahibliyi edir - FOTO

14-16 noyabr tarixlərində Gəncə İdman Sarayında aerobika gimnastikası üzrə böyüklər arasında 14-cü Avropa çempionatı keçirilir.

İdman.Biz xəbər verir ki, bu mötəbər yarış Gəncənin idman ənənələrinin və beynəlxalq tədbirlərin təşkilindəki yüksək potensialının növbəti təsdiqi hesab olunur.

Bildirilib ki, yarışda 18 ölkədən 151 gimnast iştirak edir. İştirak edən idmançılar fərdi, üçlük, qrup, qarışıq cütlük və aerodans proqramlarında öz məharətlərini nümayiş etdirirlər. Çempionatın ilk iki günü təsnifat mərhələləri ilə yadda qalıb.

Qeyd edək ki, qitə birinciliyinə 16 noyabr tarixində yekun vurulacaq.

İdman.Biz