Gəncədə ilk dəfə gənclər və 15 yaşadək aerobika gimnastları arasında keçirilən Avropa çempionatında bu gün ilk mükafatçılar bəlli olacaq.
İdman.Biz xəbər verir ki, Gəncə İdman Sarayında təşkil olunan turnirin ikinci günündə təsnifat yarışları davam edir. Gimnastlar fərdi, üçlük, qrup və aerodans proqramları üzrə çıxış edirlər.
Günün sonunda isə mükafatlandırma mərasimi keçiriləcək və komanda hesabında qaliblər elan ediləcək.
Qeyd edək ki, Avstriya, Bolqarıstan, Çexiya, Rumıniya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Böyük Britaniya, Yunanıstan, Macarıstan, İtaliya, Litva, Portuqaliya, Moldova, Slovakiya, İspaniya, Türkiyə, Ukrayna və ev sahibi Azərbaycandan ümumilikdə 380 gimnast çempionluq uğrunda mübarizə aparır. Ötən gün start götürən yarışa noyabrın 11-də yekun vurulacaq.
