Kanadada 30 yaşlı rusiyalı gimnast Yelizaveta Sorokova itkin düşüb.
İdman.Biz xəbər verir ki, bu barədə Rusiyada gimnastika idmanın inkişafına dəstək göstərən “Vışe Oblakov” mərkəzinin təsisçisi və rəhbəri Kira Protasova məlumat yayıb.
“Kanadaya gəldim, ona zəng etdim, amma telefonu cavab vermədi. Bu, bizim üçün çox qorxulu vəziyyətdir. Ümid edirəm ki, yaxınları konsulluğa müraciət edib əlaqənin olmadığını bildirəcəklər. Mən də öz növbəmdə kömək etməyə çalışacağam. Əgər artıq onunla əlaqə yaradılıbsa, xahiş edirəm bizə məlumat verin, çünki həqiqətən narahatıq. Ümid edirəm ki, hər şey qaydasındadır. Təəssüf ki, belə bir mövzunu gündəmə gətirməli oldum”, - deyə Protasova bildirib.
