Gimnastımız Fidan Qurbanlı dünya çempionatında çıxışını başa vurdu - FOTO

14 Avqust 2026 13:15
174
Gimnastımız Fidan Qurbanlı dünya çempionatında çıxışını başa vurdu

Almaniyanın Frankfurt şəhərində keçirilən bədii gimnastika üzrə 42-ci Dünya çempionatında Azərbaycan təmsilçisi Fidan Qurbanlı çıxışını başa vurub.

İdman.Biz xəbər verir ki, 12–16 avqust tarixlərində təşkil olunan yarışda dünyanın müxtəlif ölkələrindən 300-ə yaxın gimnast iştirak edir.

Fidan Qurbanlı fərdi proqramda halqa, top, gürzlər və lentlə çıxış edib. Gimnastımız çoxnövçülük üzrə ümumilikdə 75,350 xal toplayaraq yekun sıralamada 43-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, çempionat Frankfurtun məşhur “Festhalle” arenasında keçirilir.

İdman.Biz