UEFA Çempionlar Liqasında oynayacaq “Araz-Naxçıvan” heyətini gücləndirib.
Klubdan İdman.biz-ə verilən məlumata görə, Azərbaycan çempionu braziliyalı futzalçı transfer edib.
“Araz-Naxçıvan” Aleksanderson Teyşeyra Barbosa ilə 1 illik müqavilə imzalayıb. 25 yaşlı futzalçı ötən mövsümü Qazaxıstanın “Jetısu” klubunda keçirib.
Qeyd edək ki, “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsində F qrupunda yer alacaq. Naxçıvan klubu avqustun 27-də Şimali İrlandiyanın “Sparta" (Belfast), ertəsi gün Şotlandiyanın PYF, avqustun 30-da isə Avstriyanın “Ljuti” komandaları ilə qarşılaşacaq.
İdman.biz