19 yaşadək futzalçılar arasında 2027-ci il Avropa çempionatının əsas mərhələsinin püşkü atılıb.
İdman.Biz xəbər verir ki, püşkün nəticəsinə əsasən, Azərbaycan U-19 millisi yeddinci qrupda yer alıb. Yığmamızın rəqibləri Ukrayna, Xorvatiya və Yunanıstan seçmələri olacaq.
Qrup oyunları 2027-ci il martın 30-dan aprelin 4-dək Xorvatiyada keçiriləcək.
Avropa çempionatının final mərhələsinə yalnız qrup qalibi vəsiqə qazanacaq. Turnirin həlledici mərhələsi Qazaxıstanda keçiriləcək.
