Futzal üzrə hakim-inspektor beynəlxalq oyuna təyinat alıb

1 Oktyabr 2026 12:34
103
Futzal üzrə hakim-inspektor beynəlxalq oyuna təyinat alıb

AFFA Hakimlər Komitəsinin üzvü, futzal üzrə beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli təyinat alıb.

İdman.Biz xəbər verir ki, o, DÇ-2028-in əsas mərhələsində keçiriləcək Moldova - Fransa oyununda hakimlərin işinə qiymət verəcək.

Qarşılaşma oktyabrın 20-də, Bakı vaxtı ilə saat 20:30-da Moldovada baş tutacaq.

İdman.Biz