Futzal üzrə hakim-inspektorumuza Çempionlar Liqasında mühüm təyinat verildi

22 Noyabr 2026 11:37
59
Futzal üzrə hakim-inspektorumuza Çempionlar Liqasında mühüm təyinat verildi

Futzal üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində Azərbaycan təmsilçisi də iştirak edəcək. Hakim-inspektor Elçin Səmədli qitənin nüfuzlu klub turnirində növbəti təyinatını alıb.

İdman.Biz xəbər verir ki, həmyerlimiz Litvanın “Kauna Jalgiris” və Portuqaliyanın “Benfika” komandaları arasında keçiriləcək qarşılaşmada hakim-inspektor funksiyasını yerinə yetirəcək.

Noyabrın 23-də Litvanın Kaunas şəhərində baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qarşılaşmanı İsveçrədən olan hakimlər briqadası idarə edəcək. Elçin Səmədli isə onların fəaliyyətini qiymətləndirəcək.

İdman.Biz