Azərbaycan futzal yarışlarının 2026/2027-ci illər mövsümü üçün yeni loqosu və himni ictimaiyyətə təqdim edilib.
İdman.Biz xəbər verir ki, təqdimat mərasimi bu gün, noyabrın 19-da “Radisson Hotel Baku”da baş tutub.
Tədbirdə federasiya rəsmiləri, klub nümayəndələri və media təmsilçiləri iştirak ediblər.
Mərasim çərçivəsində, həmçinin Yüksək Liqa və Birinci Liqanın yeni mövsümü üzrə püşkatma mərasimi keçirilib.
