Latviya millisinin baş məşqçisi: “Azərbaycan güclü və təcrübəli komandadır”

6 Noyabr 2026 14:42
33
Latviya millisinin baş məşqçisi: “Azərbaycan güclü və təcrübəli komandadır”

“Azərbaycan millisi təcrübəli və güclü komandalardan biridir. Onların püşk zamanı ikinci səbətdə yer alması təsadüfi deyil”.

İdman.Biz xəbər verir ki, bu sözləri Latviya millisinin baş məşqçisi Massimiliano Bellarten futzal üzrə 2028-ci il dünya çempionatının əsas seçmə mərhələsi çərçivəsində Azərbaycanla keçiriləcək oyunla bağlı yerli federasiyanın rəsmi saytına açıqlamasında deyib.

Bakıda keçiriləcək qarşılaşmanı komandasının inkişafı baxımından fürsət kimi dəyərləndirən mütəxəssis yüksək səviyyəli yarışlara və seçmə oyunların təzyiqinə uyğunlaşmağın vacibliyini vurğulayıb.

“Bu qarşılaşma bizim böyüməyimiz və uğur qazanmağımız üçün fürsətdir. Artıq yüksəksəviyyəli yarışlara, seçmə oyunların təzyiqinə uyğunlaşmalıyıq. Biz iki il əvvəl bir yola çıxdıq və qarşımıza Latviyada futzalın səviyyəsini yüksəltmək, yerli futzalçıları inkişaf etdirmək, rəqabət aparmaq gücünə malik milli komanda formalaşdırmaq məqsədi qoyduq. Bu istiqamətdə işimizi davam etdiririk”, - deyə baş məşqçi bildirib.

Qeyd edək ki, Azərbaycan-Latviya görüşü saat 20:00-da başlayacaq. Qrupda Çexiya üç oyundan sonra 5 xalla liderdir. Bir matçda 1 xal toplayan Latviya ikinci, bir görüşdən sonra xalsız qalan Azərbaycan yığması isə üçüncü pillədə qərarlaşıb.

İdman.Biz