Futzal üzrə DÇ-2028-in seçmə mərhələsi: Azərbaycan - Latviya oyununun hakimləri açıqlandı

6 Noyabr 2026 13:54
46
Futzal üzrə DÇ-2028-in seçmə mərhələsi: Azərbaycan - Latviya oyununun hakimləri açıqlandı

Futzal üzrə DÇ-2028-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Latviya oyununun hakimləri bəlli olub.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

12-ci qrupun qarşılaşmasını Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün idarəçiliyi Dino Kramar, Nikola Jeliç və Nina Nakiçə tapşırılıb.

Matçın "timekeeper"i Hidayət Feyzullayev, hakim-inspektoru Ancelo Qalante (İtaliya), UEFA nümayəndəsi isə Ştefan Kammerer (Almaniya) olacaq.

Qeyd edək ki, Azərbaycan - Latviya oyunu noyabrın 8-də, saat 20:00-da Bakı İdman Sarayında start götürəcək.

İdman.Biz