“Lənkəranlı azarkeşləri futzal millimizə dəstək olmağa çağırırıq” - Elvin Quliyevin İDMAN.BİZ-ə AÇIQLAMASI

4 Noyabr 2026 19:00
45
“Lənkəranlı azarkeşləri futzal millimizə dəstək olmağa çağırırıq” - Elvin Quliyevin İDMAN.BİZ-ə AÇIQLAMASI

Azərbaycan futzal millisi 2028-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində sabah Çexiya yığmasını qəbul edəcək. Lənkəran Olimpiya İdman Kompleksində keçiriləcək qarşılaşma millimizin Bakıdan kənarda, bölgədə keçirəcəyi ilk beynəlxalq rəsmi oyun olacaq.

Futzal millimizin baş məşqçi vəzifəsini müvəqqəti icra edən Elvin Quliyev Çexiya ilə oyunöncəsi İdman.Biz-ə açıqlama verib

Yığmanın baş məşqçi vəzifəsini icra edən Elvin Quliyev matç öncəsi hazırlıq prosesi, Lənkəranda yaradılan şərait və azarkeş gözləntiləri barədə danışıb.

Mütəxəssis bildirib ki, komanda noyabrın 2-dən Lənkərandadır və tam heyətlə məşqlərini davam etdirir:

“Ümumi olaraq təşkilati işlər və yaradılan şərait qənaətbəxşdir. Hava da yaxşıdır”.

E.Quliyev Cənub bölgəsinin azarkeşlərinin dəstəyinə ümid etdiklərini bildirib. O, yerli futbolsevərləri qarşılaşmanı tribunadan izləməyə dəvət edib:

“Bəli, azarkeşlərin dəstəyini gözləyirik. Sizin vasitənizlə onları oyuna dəvət edirik. Ümid edirik ki, tribunadan böyük dəstək alacağıq”.

Baş məşqçi vəzifəsini icra edən mütəxəssis komandanın fiziki və psixoloji hazırlığından da danışıb. Onun sözlərinə görə, futbolçular qarşılaşmanın məsuliyyətini dərk edir və qələbə qazanmaq üçün əllərindən gələni edəcəklər:

“Komanda məsuliyyəti dərk edir. Hazırlığımızı tamamlamışıq. Yalnız qələbə haqqında düşünürük və bunun üçün maksimum çalışacağıq”.

Qeyd edək ki, DÇ-2028-in əsas mərhələsi çərçivəsində Lənkəran Olimpiya İdman Kompleksində keçiriləcək Azərbaycan - Çexiya futzal millilərinin oyunu saat 16:00-da start götürəcək.

İdman.Biz