“Araz-Naxçıvan” futzal komandası Çempionlar Liqasında son oyununa çıxacaq

30 Oktyabr 2026 09:59
103
“Araz-Naxçıvan” futzal komandası Çempionlar Liqasında son oyununa çıxacaq

Futzal üzrə Azərbaycan çempionu “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının əsas mərhələsində son matçını keçirəcək.

İdman.Biz xəbər verir ki, Naxçıvan təmsilçisi beşinci qrupunun üçüncü turunda Polşa çempionu “Piast”la qarşılaşacaq.

Polşanın Qlivise şəhərindəki “Prezero Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qeyd edək ki, “Araz-Naxçıvan” ilk turda Macarıstanın “Uypeşt” komandasını 5:4 hesabı ilə məğlub edib, ikinci turda isə Bosniya və Herseqovinanın “Buba Mara” kollektivinə 3:5 hesabı ilə uduzub.

İdman.Biz