Futzal üzrə Çempionlar Liqası: “Araz-Naxçıvan” “Buba Mara” ilə qarşılaşacaq

28 Oktyabr 2026 10:07
117
Futzal üzrə Çempionlar Liqası: “Araz-Naxçıvan” “Buba Mara” ilə qarşılaşacaq

“Araz-Naxçıvan” futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün ikinci matçını keçirəcək.

İdman.Biz xəbər verir ki, Naxçıvan təmsilçisi Bosniya və Herseqovinanın “Buba Mara” komandası ilə üz-üzə gələcək.

Polşanın Qlivise şəhərindəki “Prezero Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Qeyd edək ki, “Araz-Naxçıvan” yer aldığı beşinci qrupda keçirdiyi ilk matçda Macarıstan təmsilçisi “Uypeşt”i 5:4 hesabı ilə məğlub edib. Komanda qrupdakı son matçını oktyabrın 30-da Polşa təmsilçisi “Piast”a qarşı keçirəcək.

İdman.Biz