Futzal üzrə Çempionlar Liqası: “Araz-Naxçıvan”ın matçına təyinatlar

26 Oktyabr 2026 11:20
122
Futzal üzrə Çempionlar Liqası: “Araz-Naxçıvan”ın matçına təyinatlar

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci qrupunda keçiriləcək “Araz-Naxçıvan” - “Uypest” (Macarıstan) oyununun təyinatları açıqlanıb.

İdman.Biz xəbər verir ki, matçın hakimləri Viktor Çeyx (Fransa), Sergey Saçmans (Latviya) və İqor Yaçevic (Latviya) olacaq.

Dominik Lorke (Polşa) “timekeeper”, Sven Eyxler (Almaniya) hakim-inspektor, Marina Kirilyuk (Ukrayna) UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Qarşılaşma oktyabrın 27-də, Polşanın Qlivitse şəhərindəki “Prezero Arena”da, Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

İdman.Biz