“Araz-Naxçıvan” Çempionlar Liqası üçün Polşaya yollanıb

25 Oktyabr 2026 15:58
104
“Araz-Naxçıvan” Çempionlar Liqası üçün Polşaya yollanıb

“Araz-Naxçıvan” futzal komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparmaq üçün Polşaya səfər edib.

İdman.Biz xəbər verir ki, baş məşqçi Fərid Ələkbərov turnir üçün UEFA-ya 14 futzalçıdan ibarət iştirak ərizəsi təqdim edib. Heyətdə yalnız bir legioner yer alıb, digər 13 oyunçu isə yerli futzalçılardır.

“Araz-Naxçıvan”ın iştirak ərizəsi:

Qapıçılar: Emin Kürdov, Cavad Məmmədov.

Oyunçular: Kənan Manafov, Murad Quluzadə, Oktay Rüstəmli, Novruz Kazıxanov, Nurlan Məmmədov, Ədalət Ələkbərov, Eldar Zeynalov, Ülvi Əliyev, İaqo Henrique, Tofiq Mikayılov, Rəvan Məşiyev, Oqtay Mahmudzadə.

Qeyd edək ki, V qrupunda mübarizə aparacaq “Araz-Naxçıvan” ilk görüşünü oktyabrın 27-də Macarıstanın “Uypeşt” komandasına qarşı keçirəcək.

Təmsilçimiz oktyabrın 28-də Bosniya və Herseqovinanın “Buba Mara” komandası ilə üz-üzə gələcək. Qrupdakı son qarşılaşma isə oktyabrın 30-da Polşanın “Piast” klubuna qarşı olacaq.

V qrupunun bütün oyunları Qlivise şəhərində yerləşən “Prezero Arena”da keçiriləcək.

İdman.Biz