Azərbaycanın futzal üzrə ölkə çempionatlarında 2026/2027 mövsümünün transfer dövrləri ilə bağlı təqvim müəyyənləşdirilib.
İdman.Biz AFFA-ya istinadən xəbər verir ki, klublar payız transfer dövründə yeni oyunçuların qeydiyyatını noyabrın 10-u saat 23:59-dək həyata keçirə biləcəklər.
Qış transfer pəncərəsi isə 2027-ci il yanvarın 15-də açılacaq və fevralın 15-i saat 23:59-da bağlanacaq.
Bundan əlavə, müqaviləsi olmayan və azad agent statusu daşıyan peşəkar futzalçıların sifariş olunması üçün ayrıca müddət nəzərdə tutulub. Belə oyunçuların qeydiyyatı 2027-ci il martın 31-dək mümkün olacaq.
