Azərbaycan futzal millisi Latviya ilə üz-üzə: ilk qələbə uğrunda mübarizə

8 Noyabr 2026 09:22
42
Azərbaycan futzal millisi Latviya ilə üz-üzə: ilk qələbə uğrunda mübarizə

Azərbaycanın futzal millisi noyabrın 8-də 2028-ci il dünya çempionatının əsas seçmə mərhələsində növbəti qarşılaşmasına çıxacaq.

İdman.Biz xəbər verir ki, 12-ci qrupda mübarizə aparan yığmamız Latviya millisini qəbul edəcək.

Bakı İdman Sarayında keçiriləcək görüş saat 20:00-da başlayacaq.

Hazırda Çexiya üç oyundan topladığı beş xalla qrupun lideridir. Latviya bir oyundan qazandığı bir xalla ikinci, Azərbaycan isə iki qarşılaşmadan əldə etdiyi bir xalla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan seçmə mərhələdə ilk oyununu oktyabrın 16-da Çexiyaya qarşı keçirib və səfərdə 1:2 hesabı ilə məğlub olub. Noyabrın 5-də isə Lənkəranda eyni rəqiblə 2:2 hesablı heç-heçə edərək ilk xalını qazanıb. Həmin görüşdə millimizin qollarını Kənan Manafov və Ülvi Əliyev vurublar.

İdman.Biz