Futzal üzrə Yüksək Liqada iştirakçılar və ilk turun cütlükləri bəlli olub - FOTO

19 Noyabr 2026 12:23
46
Futzal üzrə Yüksək Liqada iştirakçılar və ilk turun cütlükləri bəlli olub - FOTO

Futzal üzrə Azərbaycan Yüksək Liqasında 2026/2027-ci illər mövsümündə mübarizə aparacaq komandaların adları və püşkatmanın nəticələri məlum olub.

İdman.Biz xəbər verir ki, bu gün “Radisson Hotel Baku”da keçirilən tədbir çərçivəsində baş tutan püşkatmaya əsasən, yeni mövsümdə Yüksək Liqada 10 komanda çempionluq uğrunda yarışacaq.

Püşkatmanın nəticəsinə əsasən, komandaların sıralaması “Marafon İdman Klubu”, “İmişli”, “Baku Fire”, “Yasamal Bakı”, “Rəvan FK”, “Neftçi İK”, “Araz-Naxçıvan”, “Atidel Ordubad PFK”, “Xankəndi” və “Şuşa MFC” şəklində müəyyənləşib.

I turun oyunlarında isə “Marafon İdman Klubu” “Şuşa MFC” ilə, “İmişli” “Xankəndi” ilə, “Baku Fire” “Atidel Ordubad PFK” ilə, “Yasamal Bakı” “Araz-Naxçıvan”la, “Rəvan FK” isə “Neftçi İK” ilə qarşılaşacaq.

İdman.Biz