Futzal departamentinin meneceri beynəlxalq oyuna təyinat alıb

30 Sentyabr 2026 10:22
82
Futzal departamentinin meneceri beynəlxalq oyuna təyinat alıb

AFFA-nın Futzal departamentinin meneceri Fərrux Hüseynzadə beynəlxalq oyuna təyinat alıb.

İdman.Biz xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.

O, DÇ-2028-in əsas mərhələsində keçiriləcək Qazaxıstan - Belarus oyununun UEFA nümayəndəsi olacaq.

Görüş oktyabrın 20-də, saat 19:00-da Astana şəhərindəki “Jakpe-Jek Hall”da baş tutacaq.

İdman.Biz