Futzal üzrə Yüksək və Birinci Liqalarda mövsümə start verildi

23 Noyabr 2026 20:34
39
Futzal üzrə Yüksək və Birinci Liqalarda mövsümə start verildi

Futzal üzrə Yüksək və Birinci Liqalarda 2026/2027 mövsümünə start verilib. “Olimpik Star” idman kompleksində keçirilən 10 qarşılaşmada ümumilikdə 133 qol vurulub.

İdman.Biz xəbər verir ki, Yüksək Liqanın ilk turunda “Şuşa MFC” “Marafon İK”nı 5:2 hesabı ilə məğlub edib.

Turun ən böyükhesablı qələbəsini “Neftçi İK” qazanıb. Komanda “Rəvan FK” üzərində 12:1 hesablı qələbə əldə edib.

Birinci Liqada isə beş qarşılaşmada 84 qol vurulub. “Bakı” rəqibini 28, “Xan Lənkəran” isə 16 cavabsız qolla məğlub edib.

“Baku Fire-1” və “MC Finans” da böyükhesablı qələbəyə sevinib. “Star Kargo” debütant “Neftçala” ilə görüşdə dörd top fərqi ilə üç xalı aktivinə yazdırıb.

Yüksək Liqa, birinci tur

“Marafon İK” - “Şuşa MFC” 2:5

“İmişli FK” - “Xankəndi MFK” 3:11

“Baku Fire” - “AtiDel Ordubad PFK” 7:3

“Yasamal Bakı” - “Araz-Naxçıvan” 1:4

“Rəvan FK” - “Neftçi İK” 1:12

Birinci Liqa, birinci tur

“Ulduz Bakı” - “Baku Fire-1” 2:9

“MC Finans” - “Metropoliten Bakı” 10:3

“Star Kargo” - “Neftçala PFK” 10:6

“Bakı MFK” - “İçəri şəhər Bakı” 28:0

“Xəzər FK” - “Xan Lənkəran MFK” 0:16

İdman.Biz