“Araz-Naxçıvan” futzal komandasının Çempionlar Liqası təqvimi açıqlanıb

22 Sentyabr 2026 13:50
48
“Araz-Naxçıvan” futzal komandasının Çempionlar Liqası təqvimi açıqlanıb

UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan” futzal komandasının oyunlarının təqvimi açıqlanıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.

Naxçıvan təmsilçisi oktyabrın 27-də Macarıstanın “Uypest”, ertəsi gün Bosniya və Herseqovinanın “Buba Mara” komandaları ilə qarşılaşacaq. “Qırmızı-ağlar” qrupda son görüşünü oktyabrın 30-da “Piast”a (Polşa) qarşı keçirəcək.

Qeyd edək ki, beşinci qrupun oyunları Polşanın Qlivice şəhərindəki “Prezero Arena”da keçiriləcək. Qarşılaşmaların başlama saatı hələ açıqlanmayıb.

İdman.Biz