“Araz-Naxçıvan” futzal komandası transfer siyasətini dəyişir?

14 Sentyabr 2026 17:43
84
“Araz-Naxçıvan” futzal komandası transfer siyasətini dəyişir?

Maddi çətinliklərlə üzləşən son Azərbaycan çempionu “Araz-Naxçıvan” futzal komandasının əvvəlki illərdən fərqli olaraq transfer siyasətini dəyişdiyi iddia olunub.

İdman.Biz sportify.az-a istinadən xəbər verir ki, klub əvvəlki mövsümlərdən fərqli olaraq heyətinə yalnız bir-iki iranlı futzalçının cəlb olunmasını planlaşdırır. Braziliyalı oyunçuların kütləvi transferi isə nəzərdə tutulmur.

Bununla yanaşı, klub rəhbərliyi “Baku Fire”də çıxış edən Azərbaycan millisinin üzvləri ilə də razılığa gəlib.

Məlumata əsasən, bu gün AFFA-da klub rəhbərliyi ilə bir sıra şəxslər arasında görüş keçirilib. Görüşdə əsas müzakirə mövzularından biri “Araz-Naxçıvan”ın UEFA Futzal Çempionlar Liqasının Polşada keçiriləcək oyunlarında iştirak etməsi üçün komanda üzvlərinə viza alınmasına göstəriləcək dəstək olub.

İdman.Biz
Məqalədə: