AFFA-nın təşkilatçılığı ilə Azərbaycanda gənc futzalçılar üçün seleksiya məşqləri təşkil olunacaq.
İdman.Biz xəbər verir ki, seçimlər 24-26 sentyabr tarixlərində keçiriləcək.
Seleksiya məşqləri “Olimpik Star” İdman Kompleksində baş tutacaq. Hər gün saat 14:00-dan 16:00-dək davam edəcək məşqlərdə 2008-2010-cu il təvəllüdlü futzalçılar iştirak edə biləcəklər.
Seleksiyanın əsas məqsədi perspektivli gənc oyunçuların üzə çıxarılması və onların gələcək inkişafı üçün imkan yaradılmasıdır.
