Futzal millimizin rəqibi Çexiya Gürcüstanla yoldaşlıq matçında heçə-heçə edib

11 Sentyabr 2026 12:35
77
Futzal millimizin rəqibi Çexiya Gürcüstanla yoldaşlıq matçında heçə-heçə edib

Futzal üzrə DÇ-2028-in əsas mərhələsində Azərbaycan millisinin rəqibi olacaq Çexiya yığması Gürcüstan ilə yoldaşlıq matçında heç-heçə edib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.

Bildirilib ki, Tbilisi Olimpiya Sarayında keçirilən görüş 2:2 hesabı ilə başa çatıb.

Komandalar arasında növbəti oyun sentyabrın 10-da, saat 19:00-da Tbilisi Olimpiya Sarayında baş tutacaq.

Qeyd edək ki, iki gün əvvəl reallaşan ilk görüşdə Gürcüstana 3:2 hesabı ilə qalib gələn Çexiya yığması Azərbaycan millisi ilə oktyabrın 16-da səfərdə, noyabrın 5-də isə doğma meydanda üz-üzə gələcək.

İdman.Biz