Futzal üzrə Azərbaycan millisinin DÇ-2024-ün elit raundunda səfərdə Rumıniya seçməsinə qarşı keçirəcəyi oyunu üçün təyinatlar müəyyənləşib.
İdman.biz-in məlumatına görə, qarşılaşma Sloveniyadan olan hakimlər briqadasına tapşırılıb.
Görüşdə Admir Zahoviç, Aleş Mocnik Peric və Dejan Veselic iş başında olacaq. İtaliyalı Angelo Galante hakim-inspektor, serbiyalı Zoran Dimic UEFA nümayəndəsi kimi təyinat alıb.
Qeyd edək ki, sentyabrın 15-də Romeo Lamandidə oynanılacaq matç Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.
İdman.biz