Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumlarının komandaları arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev Kuboku” uğrunda futzal turnirində finalçılar müəyyənləşib.
İdman.Biz xəbər verir ki, İlham Əliyev adına Naxçıvan Olimpiya İdman Kompleksində yarımfinal matçları keçirilib.
İlk görüşdə Fövqəladə Hallar Nazirliyinin komandası “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsininin komandasını 3:0 hesabı ilə məğlub edərək finala yüksəlib. Digər yarımfinal qarşılaşmasında isə Ədliyyə Nazirliyi ilə Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin komandaları üz-üzə gəlib. Oyunun əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında daha dəqiq (5:4) olan Ədliyyə Nazirliyi finala vəsiqə qazanıb.
Qeyd edək ki, iyunun 27-də turnirin final və üçüncülük uğrunda görüşləri keçiriləcək.
