Futzal üzrə Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçirib.
İdman.biz xəbər verir ki, yığmamız Bosniya və Herseqovina ilə ikinci matçına çıxıb.
Görüş bir gün əvvəlki kimi yenə Zenitsa şəhərində baş tutub. Dünənki qarşılaşmada 0:7 hesabı ilə uduzan Vitali Borisovun yetirmələri revanş ala bilməyiblər. Millimiz bu dəfə 1:5 hesabı ilə uduzub. Komandamızın heyətində yeganə qolu Oktay Rüstəmli vurub.
Yoldaşlıq oyunu
5 noyabr
22:00. Bosniya və Herseqovina – Azərbaycan - 5:1
Qollar: Faruk Brkaniç, 6:14, 34:04, Bilal Jeliç, 10:35, 12:04, Josip Başkoviç, 28:43 - Oktay Rüstəmli, 24:26
Hakimlər: Nikola Tadiç, Farik Keço, Vedran Marçinko
Sarı vərəqələr: Dejan Pavloviç, 13:36, Srdan İvankoviç, 22:23 - Seymur Məmmədov, 25:48
Bosniya və Herseqovina: 1. Senad Poraçanin (q), 7. Srdan İvankoviç, 8. Marijo Aladziç (k), 9. Josip Sesar, 11. Josip Başkoviç, 12. Amer Deliç (q), 2. Dejan Pavloviç, 3. Sejad İbrişimoviç, 4. Davor Arnautoviç, 6. Dragan Edi Mariç, 10. Bilal Jeliç, 13. Muanis Duvnjak, 15. Edvin Bosniç, 16. Faruk Brkaniç
Baş məşqçi: Qoran Melher
Azərbaycan: 12. Kamran Hacıyev (q), 3. Nurlan Məmmədov, 7. Xəzər Ağalızadə, 9. Emil Həsənzadə, 14. Ülvi Əliyev, 1. Emin Kürdov q, k), 2. İlham Alıyev, 4. Fərid Abbasov, 5. Eldar Zeynalov, 6. Mirzə Əmirov, 8. Murad Quluzadə, 10. Oktay Rüstəmli, 17. Seymur Məmmədov, 20. Tofiq Mikayılov
Baş məşqçi: Vitali Borisov
Zenitsa. Huseyn Smayloviç adına Arena
İdman.biz