Noyabrın 4-5-də Bosniya və Herseqovina yığması ilə yoldaşlıq oyunları keçirəcək Azərbaycan millisi məşqlərə başlayıb.
İdman.biz xəbər verir ki, baş məşqçi Vitali Borisov 2-si qapıçı olmaqla ümumilikdə 14 futzalçıya dəvət göndərib.
Bu gün baş tutan məşq prosesi 2 saata yaxın davam edib və futzalçılar əsas taktiki tapşırıqları yerinə yetiriblər. Bakıda məşqlər noyabrın 2-dək davam edəcək. Ertəsi gün komandamız Bosniya və Herseqovinaya yola düşəcək. Oyunlar Zenica şəhərindəki Huseyn Smayloviç adına idman zalında keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Qeyd edək ki, bu, komandamızın AVRO-2026-nın əsas mərhələsi çərçivəsində dekabrın 17-də Bakıda İsveçə qarşı keçirəcəyi matçöncəsi son yoldaşlıq oyunları olacaq.
İdman.biz