Qazaxıstanın futzalçısı: "Azərbaycanla matç bizim üçün final kimi oldu"

Xəbərlər
7 Oktyabr 2023 17:33
202
Qazaxıstanın futzalçısı: "Azərbaycanla matç bizim üçün final kimi oldu"

“İnanıram ki, biz fərdi çıxışlara görə deyil, komanda olaraq favoritik. İlk hissədə məğlub olduq. Bu mənim səhvimdir. Çoxlu şanslarımız oldu. Oyunun ikinci hissəsində isə hədəflərə çatana qədər təzyiq göstərdik”.


İdman.biz xəbər verir ki, bunu futzal üzrə Qazaxıstan yığmasının kapitanı İqita 2024-cü il dünya çempionatının seçmə mərhələsinin elit-raundunun Azərbaycan yığması ilə Bakı keçirilən oyun haqqında təəssüratlarını bölüşərkən deyib.

O, oyunun çox emosional keçdiyini qeyd edib: ”Biz göstərdik ki, güclü komandamız var, qələbə qazanmaq istəyirdik və çox vacib qələbə qazandıq. Azərbaycanla Astanada daha bir çətin oyunumuz olacaq. Onlar da dünya çempionatında oynamaq istəyirlər və onların çox səviyyəli komandası var. Qazaxıstanın düzgün yolda olduğunu deyə bilərəm. Biz məşq etdiyimiz hər şeyi etdik və bu qələbəyə layiq idik”.

İqita Qazaxıstandakı oyunda da qələbə qazanacaqlarına inandığını deyib: “Azərbaycan prinsipial rəqibdir. Qarşılaşma bizim üçün final kimi oldu. Növbəti oyun da belə olacaq. İndi biz bir addım öndəyik. Amma heç nə bitməyib. Biz oyunu izləyəcəyik, səhvlərin faizini azaldacağıq və ən əsası evdə qalib gələcəyik”.

Qeyd edək ki, Bakıda keçirilən oyun Qazaxıstanın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Nicat Zəkiyev

İdman.biz