Azərbaycan futzal millisində baş məşqçi dəyişikliyi baş verib.
İdman.Biz xəbər verir ki, Yevgeni Kukseviçlə başa çatan müqavilə yenilənməyib.
Rusiyalı mütəxəssisin sözləşməsinin müddəti iyulun 31-də başa çatıb.
Bununla da Kukseviç həm milli komandadakı, həm də “Araz-Naxçıvan” klubundakı fəaliyyətini başa vurub.
Tərəflər yeni müqavilənin imzalanması ilə bağlı razılığa gəlməyiblər.
Qeyd edək ki, Yevgeni Kukseviç Azərbaycan millisinin baş məşqçisi postuna 2025-ci ilin yayında təyin olunub. Onun rəhbərliyi altında yığma 2025-ci ildə İslam Həmrəyliyi Oyunlarında debüt edib. Azərbaycan millisi turnirdə Liviyanı 5:4 hesabı ilə məğlub etsə də, Özbəkistana 2:13, Səudiyyə Ərəbistanına isə 0:5 hesabı ilə uduzub və qrupdan çıxa bilməyib. Rusiyalı mütəxəssis millidə çalışdığı müddətdə ciddi turnir uğuruna imza ata bilməyib.
Kukseviç 2025-ci ilin yanvarında mövsümün gedişində "Araz-Naxçıvan"a da baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında Naxçıvan təmsilçisi iki mövsüm ardıcıl Azərbaycan çempionu olub – 2024/25 və 2025/26 mövsümlərində. Bundan əlavə, "Araz-Naxçıvan" 2025/26 mövsümündə UEFA Çempionlar Liqasında 1/8 finala qədər irəliləyib və bu mərhələdə Portuqaliyanın "Benfika" klubuna uduzub. Komanda 2026-cı ilin mayında Azərbaycan Kubokunun finalında da oynayıb və "Neftçi"yə məğlub olub.
