“Araz-Naxçıvan”ın oyunlarının hakimləri açıqlanıb

Xəbərlər
12 Avqust 2024 10:21
429
“Araz-Naxçıvan”ın oyunlarının hakimləri açıqlanıb

“Araz-Naxçıvan”ın futzal üzrə Çempionlar Liqasındakı ilk iki oyununun təyinatları açıqlanıb.

İdman.biz xəbər verir ki, Azərbaycan çempionu ilkin mərhələdə mübarizəyə avqustun 21-də başlayacaq.

“Sparta Belfast”la qarşılaşma Bolqarıstan, Belçika və Avstriyadan olan hakimlərə həvalə olunub. Ertəsi gün “Sillamae Silla” ilə keçiriləcək görüşü polşalılar idarə edəcək.

21 avqust
18:00. “Araz-Naxçıvan” – “Sparta Belfast”
Hakimlər:
Trayan Enchev (Bolqarıstan), Yasin Alageyik (Belçika), Daniel Stauber (Avstriya)
Timekeeper: Kastriot Gerxhaliu (İsveç)
Hakim-inspektor: Timo Onatsu (Finlandiya)
UEFA nümayəndəsi: Andris Utinans (Latviya)

22 avqust
18:00. “Sillamae Silla” – “Araz – Naxçıvan”
Hakimlər:
Daniel Stauber, Trayan Enchev, Pavel Tokarevicz (Polşa)
Timekeeper: Kastriot Gerxhaliu
Hakim-inspektor: Timo Onatsu
UEFA nümayəndəsi: Andris Utinans

Qeyd edək ki, avqustun 24-də keçiriləcək son turun “Uddevalla” ilə matçının hakimləri açıqlanmayıb.

İdman.biz