FİFA reytinqində ilk: Azərbaycan 29-cu pillədə

Xəbərlər
20 İyun 2024 11:01
725
FİFA reytinqində ilk: Azərbaycan 29-cu pillədə

FİFA yeniliyə imza atıb.

İdman.biz xəbər verir ki, tarixdə ilk dəfə futzal üzrə milli komandaların FİFA reytinqi açıqlanıb.

Kişi futzalçıların ilk siyahısında 139 yığma yer alıb. Azərbaycan 1139,38 xalla dünyada 29-cudur. Cədvələ 1568,41 xalla Braziliya başçılıq edir.

Qeyd edək ki, ölkəmizin təmsil olunmadığı qadın yığmaların siyahısında 69 milli yer alıb.

İdman.biz

Məqalədə: