Vitali Borisov: “Daha çox qol vura bilərdik”

Xəbərlər
20 Sentyabr 2023 22:03
87
Vitali Borisov: “Daha çox qol vura bilərdik”

Futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi komandanın dünya çempionatının elit mərhələsində Niderlanda qarşı oyunundan razı qalıb.

İdman.biz-in məlumatına görə, Vitali Borisov 6:1 hesabı ilə başa çatan qarşılaşmaya tam motivasiya olduqlarını bildirib: “Bizim üçün yaxşı oyun oldu. Komanda olaraq oyuna əla motivasiya olmuşduq. Hesabın belə olması oyunun yaxşı keçdiyinin göstəricisidir. Hərçənd daha çox qol vura bilərdik. Məqsədimiz qol buraxmamaq idi. Təəssüf ki, alınmadı. Qol epizodunda qapıçının səhvi yox idi”.

Gənc mütəxəssis qrupda keçirəcəkləri növbəti oyun barəsində də danışıb. Borisv Qazaxıstanı qrupun favoriti sayır: “Rumıniya ilə görüşdən sonra komandada ruh düşkünlüyü var idi. Çalışdıq ki, bu dəfə doğma meydanda vəziyyəti xeyrimizə dəyişək. Şadam ki, məqsədimizə nail olduq.

Qazaxıstanla oyunda da qələbə üçün mübarizə aparacağıq. Çalışacağıq bu oyunumuzu növbəti matçda da təkrarlayaq. Qazaxıstan qrupun favoriti hesab olunur. Onlarla görüşdə hansı komanda xal və ya xallar qazana bilsə, ilk iki yerdən birini tutacaq”.

İdman.biz