Millimizin AVRO-2026-dakı rəqibləri bəlli olub

Xəbərlər
30 May 2024 14:48
237
Millimizin AVRO-2026-dakı rəqibləri bəlli olub

Futzal üzrə AVRO-2026-nın əsas mərhələsinin püşkü atılıb.

İdman.biz xəbər verir ki, 40 komanda hər birində 4 iştirakçı olmaqla 10 qrupa bölünüb.

Azərbaycan millisi 5-ci qrupda yer alıb. Yığmamız Xorvatiya, İsveç və Yunanıstanla qarşılaşacaq.

Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. Matçlar 2024-cü il dekabrın 9-dan 2025-ci il aprelin 16-dək baş tutacaq.

Qrup qalibləri birbaşa final mərhələsinə yüksələcək. Ən yaxşı göstəriciyə malik 8 qrup ikincisi isə pley-off (ev-səfər) oyunlarında üz-üzə gələcək.

Qeyd edək ki, 2026-cı il yanvarın 18-dən fevralın 8-dək keçiriləcək final mərhələsinin meydan sahibləri – Latviya və Litva yarışa birbaşa qatılacaq.

İdman.biz

Məqalədə: