Yığma elit-raund mərhələsinə məğlubiyyətlə başladı

Xəbərlər
15 Sentyabr 2023 21:49
122
Yığma elit-raund mərhələsinə məğlubiyyətlə başladı

DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində bu gün Azərbaycan millisi ilk oyununa çıxıb.

İdman.biz saytı xəbər verir ki, komandamız səfərdə Rumıniya yığmasının qonağı olub.

Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Millizin heyətində yeganə qolu Felipinyo vurub.

Qeyd edək ki, komandamız növbəti oyununu sentyabrın 20-də Bakı İdman Sarayında Niderlanda qarşı keçirəcək.

Rumıniya - Azərbaycan - 3:1
Rumıniya: 12. Petrișor Tonița (q), 8. Andre Luis Sasse, 10. Felipe Oliveira (k), 14. Paulo Ferreira, 20. Andrei Craciun, 1. Teodor Lunqu (q), 3. Riçard İszlai, 5. Vladuț Dudau, 6. Valentin İlaş, 7. Daniel Araujo, 9. İstvan Hadnagy, 13. Matei Boșneaga, 15. Darius Nastai, 18. Szabolcs Manya
Baş məşqçi: Endre Kaçso
Azərbaycan: 12. Rövşən Hüseynli (q), 6. Eduardo Borges, 9. Rafael Vilela, 10. Felipinyo, 14. Amadeu, 1. Emin Kürdov (q, k), 4. Oktay Rüstəmli, 7. Hadi Ahmadi, 8. Novruz Kazıxanov, 11. Xətai Bağırov, 13. Everton Kardoso, 16. Xəzər Ağalızadə, 17. İsa Atayev, 20. Amir Şocaei
Baş məşqçi: Vitali Borisov

İdman.biz