Yığmamızın futzalçısı: “Bu, gələcəkdə böyük töhfə verəcək”

Müsahibə
12 Aprel 2024 18:19
Yığmamızın futzalçısı: “Bu, gələcəkdə böyük töhfə verəcək”

“Mən bir neçə dəfə millinin heyətinə dəvət almışam”.

Bunu İdman.bizə Azərbaycan millisinin futzalçısı Novruz Qədirxanov deyib.

O, yığmanın Gürcüstanla iki yoldaşlıq oyununu şərh edib. Qədirxanovun sözlərinə görə, matç ağır keçəcək: “Çünki rəqib güclü komandadır və praktikaları çoxdur. Bizim heyətdə yer alan oyunçularımız ilk dəfədir ki, bu cür matçda çıxış edəcəklər. Ona görə bizim üçün çətin olacaq. Amma inanıram ki, bu addım gələcəkdə böyük töhfə verəcək. Əlimizdən gələni edəcəyik, hər şey yaxşı olsun. Yaxşı komandamız var. Belə oyunlar bizim üçün daha yaxşı olacaq”.

Qeyd edək ki, milli aprelin 14-də və 16-da Tiblisidə Gürcüstanla yoldaşlıq oyunu keçirəcək.

Banuçiçək Hüseynli
İdman.biz