Azərbaycan çempionu hücumameyilli braziliyalı transfer edib

Xəbərlər
9 Yanvar 2024 13:15
173
Azərbaycan çempionu hücumameyilli braziliyalı transfer edib

“Araz-Naxçıvan” cari ildə ilk transferini rəsmiləşdirib.

Klubdan İdman.bizə verilən məlumata görə, Azərbaycan çempionu braziliyalı futzalçı ilə anlaşıb.

Andrezinyo ləqəbli 26 yaşlı Andre Korrea dos Santos Junior mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək. Buna qədər vətənində “Sao Lourenço”, “Taubate”, “Yuventude”, “Esporte Futuro” və “Praya” klublarında çıxış edən hücumameyilli futzalçı yanvarın 11-də Bakıya gələcək və ertəsi gün yeni komandası ilə məşqlərə başlayacaq.

Qeyd edək ki, Yüksək Liqanın liderini dekabrda Eriko Dannilo, Xətai Bağırov və İsa Atayev tərk edib. Daha doğrusu, Eriklə başa çatan müqavilənin müddəti uzadılmayıb, Bağırov və Atayev isə xarici klubdan dəvət alıb.

İdman.biz

Məqalədə: