Azərbaycanın futzal millisi Qazaxıstanla ikinci yoldaşlıq matçına çıxacaq

15 Aprel 2026 10:21
133
Azərbaycanın futzal millisi Qazaxıstanla ikinci yoldaşlıq matçına çıxacaq

Bu gün Azərbaycanın futzal millisi növbəti yoldaşlıq oyununu keçirəcək.

İdman.Biz xəbər verir ki, Yevgeni Kukseviçin başçılıq etdiyi komanda Qazaxıstan yığması ilə üz-üzə gələcək.

Görüş Aktau şəhərindəki “BS Arena”da, Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Qeyd edək ki, komandalar arasında iki gün əvvəl keçirilən görüşdə meydan sahibləri 9:2 hesablı qələbə qazanıb.

İdman.Biz