Azərbaycan millisi Qazaxıstanda darmadağın edilib - YENİLƏNİB

13 Aprel 2026 21:03
1 113
Azərbaycan millisi Qazaxıstanda darmadağın edilib

Azərbaycan futzal millisi Aktauda Qazaxıstanla ilk yoldaşlıq oyununu keçirib.

İdman.Biz-in məlumatına görə, matç ev sahibi komandanın 9:2 (3:1) hesablı inamlı qələbəsi ilə başa çatıb.

Azərbaycan komandasının qollarını Novruz Kazıxanov və Oktay Rüstəmli vurub.

Oyun Aktaudakı “BS Arena”da baş tutub.

Komandalar arasında ikinci görüş aprelin 15-də orada keçiriləcək.

18:39

Bu gün Aktau şəhərindəki BS Arenada keçiriləcək Qazaxıstan – Azərbaycan yoldaşlıq oyunu üçün komandaların heyətləri məlum olub.

Qazaxıstan: 2. Leo İgita (q, k), 17. Birjan Orazov, 8. Erjan Karmenov, 6. Edson Santos, 7. Azat Valiullin, 16. Narun Serikov (q), 3. Arnold Knaur, 5. Akzol Daribay, 9. Albert Akbalıkov, 10. Cahangir Raşit, 11. Abdirassil Abdumanapulı, 14. Aqedil Madiyarov, 19. Damir Kairbai, 30. Aleksandr Deryabin

Baş məşqçi: Kakau

Azərbaycan: 19. Cavad Məmmədov (q), 7. Emil Həsənzadə, 8. Ülvi Əliyev, 10. Nihad İsmayılov, 17. Ədalət Ələkbərov, 1. Emin Kürdov (q, k), 5. Oqtay Rüstəmli, 9. Murad Quluzadə, 20. Fərid Abbasov, 3. Kənan Manafov, 11. Eldar Zeynalov, 13. Qüdrət Qasımzadə, 15. Novruz Kazıxanov, 18. Tofiq Əliyev

Baş məşqçi: Yevgeni Kukseviç

11:14

Bu gün futzal üzrə Azərbaycan millisi növbəti yoldaşlıq oyunu keçirəcək.

İdman.Biz xəbər verir ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda Aktaudakı BS Arenada Qazaxıstan yığması ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Qeyd edək ki, milli aprelin 9 və 11-də səfərdə Gürcüstan seçməsi ilə yoldaşlıq görüşləri keçirib. Bu matçlarda meydan sahibləri müvafiq olaraq 4:2 və 5:2 hesablı qələbə qazanıblar.

İdman.Biz