Milli futzal çempionatında olay: “Lənkəran” iştirakını dayandırdı

26 Mart 2026 21:35
142
Milli futzal çempionatında olay: “Lənkəran” iştirakını dayandırdı

Yüksək Liqada çıxış edən “Lənkəran” futzal komandası Azərbaycan Futzal Federasiyasına rəsmi müraciət edib.

İdman.Biz-in xəbərinə görə, klub bildirib ki, maliyyə problemi ilə əlaqədar çempionatın qalan oyunlarında iştirak edə bilməyəcək.

Qeyd edək ki, AFFA İntizam Komitəsi bundan əvvəl “Lənkəran” komandasına texniki məğlubiyyət verib.

Bölgə təmsilçisi 15-ci turda U-19 kollektivi ilə oyuna təyin olunan vaxtda gəlmədiyi üçün bu halla üzləşib.

İdman.Biz