Vitali Borisov: “Azı 9 xal toplaya bilərdik”

Xəbərlər
21 Dekabr 2023 00:12
135
Vitali Borisov: “Azı 9 xal toplaya bilərdik”

“Oyuna yaxşı başladıq, qol vurmaq üçün epizodlarımız da rəqibdən çox oldu”.

İdman.biz xəbər verir ki, bunu futzal üzrə Azərbaycan yığmasının baş məqşçisi Vitali Borisov deyib.

DÇ-2024-ün elit-raund mərhələsinin son oyununda Niderlanda 0:3 hesabı ilə uduzan millinin çalışdırıcısı komandanın oyunu barədə danışıb. Borisov qazanılan 4 xalın yığmanın potensialına uyğun olmadığını bildirib: Niderland millisi bu gün 5-6 şansdan 3-nü dəyərləndirdi, biz isə azı 5 dəfə qapı dirəyini nişan aldıq. Nəticə qane etməsə də, uşaqlara mübarizəyə görə təşəkkür edirəm. Sona qədər vəziyyəti düzəlmək üçün əllərindən gələni etdilər,çalışdılar, amma alınmadı. Qrup mərhələsini 4 xalla başa vursaq da, bu, komandamızın real gücünə uyğun nəticə deyil. Azı 9 xal toplaya bilərdik. Oyunlar oldu ki, hesabda 2 top fərqi ilə önə keçdik, lakin üstünlüyümüzü qoruya bilmədik. Bəzi matçlara isə tam heyətlə çıxa bilmədik, kimisi zədə, kimisi də cəza üzündən komandaya kömək edə bilmədi”.

Qeyd edək ki, Azərbaycan yığması elit raundunu sonuncu pillədə başa vurub.

İdman.biz