Futzal üzrə Yüksək Liqa: “Neftçi” liderliyini qoruyur - YENİLƏNİB

Xəbərlər
11 Dekabr 2025 20:01
96
Futzal üzrə Yüksək Liqa: “Neftçi” liderliyini qoruyur - YENİLƏNİB

Futzal üzrə Yüksək Liqada X turun oyunları keçirilib.

İdman.Biz bildirir ki, günün ilk matçında U-19 “Lənkəran”ı 8:5 hesabı ilə məğlub edib.

Turun mərkəzi görüşündə ölkə çempionu “Araz-Naxçıvan” “Neftçi”yə 5:4 hesabı ilə qalib gəlib.

Günün son qarşılaşmasında “Baku Fire” “Şuşa”nı üstələyib - 6:2.

Turnir cədvəli: “Neftçi” İK – 25, “Araz-Naxçıvan” – 22, “Baku Fire” – 20, “Şuşa” – 12, U-19 – 6, “Lənkəran” – 0.

13:53

Bu gün futzal üzrə Yüksək Liqada onuncu turun oyunları keçirilir.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.

Bügünkü qarşılaşmaların siyahısını təqdim edirik:

11 dekabr
13:00. U-19 - Lənkəran

Hakimlər: İmran Məhərrəmov, Elgün Hüseynov, Nihad Bağırov
Hakim-inspektor: Azad Hüseynov

15:00. Neftçi İK - Araz-Naxçıvan
Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, Əli Cəbrayılov
Hakim-inspektor: Füzuli Nəcəfov

17:30. Şuşa - Baku Fire
Hakimlər: Rza Məmmədov, Mahir Məmmədov, Knyaz Əmiraslanov
Hakim-inspektor: Əfqan Həmzəyev.

İdman.Biz