Yığmamızın baş məşqçisi: “Rumınlara qarşı yerli oyunçulara üstünlük verəcəyik”

Müsahibə
13 Dekabr 2023 10:39
358
Yığmamızın baş məşqçisi: “Rumınlara qarşı yerli oyunçulara üstünlük verəcəyik”

“Millimiz dünya çempionatının elit-raund mərhələsində dekabrın 15-də Bakıda Rumıniya ilə, 5 gün sonra səfərdə Niderland yığmasına qarşı mübarizə aparacaq. Hər iki oyuna hazırlıq prosesi artıq başlayıb”.

İdman.biz xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov deyib.

Mütəxəssis bu gün keçirdiyi brifinqdə DÇ-2024-ün elit-raund mərhələsində oyunlara hazırlığı dəyərləndirib. Gənc mütəxəssis bildirib ki, evdə Rumıniyaya qalib gəlmək üçün bütün güclərini səfərbər edəcəklər: “İlk oyunda əsasən yerli oyunçulara üstünlük verəcəyik. Çünki rumınların da heyətində dəyişikliklər var. Bu səbəbdən qarşılaşmada 2-3 legioner bizimlə çıxış edəcək. Yüksək nəticə əldə etmək üçün gündə iki dəfə olmaqla məşqlər keçirik. Rumıniya millisinin oyunlarını izləyib, onları analiz edirik. Bu dəfəki qarşılaşmada şansımız daha çoxdur. Ona görə ki, evdə oynayırıq. Həmçinin bu dəfə komandaya əvvəl millinin heyətində yer alan təcrübəli oyunçular dəvət etmişik. Düzdür, rumınlarla ilk matç bizim üçün uğursuz olmuşdu. Məğlub olmalı deyildik. Lakin şanslarımız var”.

Qeyd edək ki, millimizin yer aldığı A qrupunda Qazaxıstan 12 xalla liderdir. Niderland 6 xala sahib olduğu halda, Rumıniya və Azərbaycanın 3 xalı var.

Banuçiçək Hüseynli

İdman.biz

Məqalədə: